Jüri
Ən yaxşı Uzunmetrajlı Sənədli Film
SERGEY DVORTSEVOY
Sergey Dvortsevoy qazaxıstanlı bədii və sənədli film rejissorudur. O, 1993-cü ildə Moskvada Ali Ssenari və Rejissorluq Kurslarını bitirərək, sənədli və bədii qısa filmlər yaradıcısı kimi karyerasına start vermişdir. Onun ilk tammetrajlı filmi Tülpan 2008-ci ildə çəkilmiş və beynəlxalq film festivallarında çoxsaylı mükafatlara - Tokyo BFF-də Ən Yaxşı Rejissor, Karlovı Varı BFF-də “Qərbin Şərqi” mükafatına, Avropa Film Mükafatları müsabiqəsində İlin Tapıntısı mükafatına layiq görülmüşdür. Onun bugünə qədərki karyerasında tənqidi naturalizmin zirvəsinə Ayka (2018) filmində rast gəlmək olar. Bu filmə görə aktrisa Samal Eslyamova 2018-ci ilin Kann Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülüb.


RZA DİQQƏTİ
Rza Diqqəti Fransada fəaliyyət göstərən iranlı fotojurnalistdir. Fotoqrafiyaya olan ehtirasının ardınca gedərək, o, fotoqrafiya üzrə bir çox beynəlxalq mükafatın laureatı olub. 1979-cu ildə o, memarlığı ataraq fotojurnalist olmağa qərar verib və İran İnqilabını işıqlandırıb. Fransaya köçdükdən sonra Rza Time Magazine, Stern, Newsweek, El País, Paris Match və National Geographic kimi bir çox beynəlxalq KİV üçün planetin hər tərəfindən reportajlar hazırlayıb. Onun fotoları dünyanın mədəniyyətləri, ənənələri, tarixi, və ən başlıcası Rzanın daha yaxşı bir dünya üçün ölməz ümidindən bəhs edir. O, vaxtının çox hissəsini mühazirəçi, təlimçi və qonaq professor kimi fəaliyyət göstərir, qlobal problemlərlə bağlı seminarlar və təqdimatlar keçirir. Onun humanitar fəaliyyəti və fotojurnalistikası beynəlxalq qurumlar və universitetlər tərəfindən tanınıb.
KRİSTİN KAMDESSUS
Kristin Kamdessus festival direktoru və prodüserdir. O, 2001-ci ildə özünün ALEGRIA PRODUCTIONS istehsal şirkətini yaradıb. O, dünyanın əksər ölkələrində yayılan 60-dan çox yaradıcı sənədli filmə prodüserlik edib. Kristin NIPKOW Proqramının (Berlin) münsiflər heyətinin sədridir. O, 2014-2018-ci illərdə USPA-nın (Fransada aparıcı televiziya istehsalçıları birliyi) vitse-prezidenti olub. 2018-ci ilin iyun ayından Kristin FIPADOC beynəlxalq sənədli film festivalının idarəedici və bədii rəhbəridir. ALEGRIA PRODUCTIONS 2013-cü ildə Fransada ən yaxşı sənədli film istehsalı şirkəti mükafatını alıb.


SABİNA ŞIXLİNSKAYA
Sabina Şıxlinskaya azərbaycanlı sənətçi və müstəqil kuratordur. O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, Azərbaycanın əməkdar rəssamı fəxri adını daşıyır, və Beynəlxalq Müasir İncəsənət Muzeyləri və Kolleksiyaları Komitəsinin üzvüdür. Onun əsərləri Tretyakov Dövlət Qalereyası, Bakı Müasir İncəsənət Muzeyi, HumaKabakçı kolleksiyası və s. kimi ictimai və şəxsi kolleksiyalarda nümayiş edilir. 1993-cü ildən bəri o, Azərbaycanda və xaricdə 50-dən çox sərgi və layihənin kuratoru olub. 2010-cu ildə o, gender mövzusunu davam etdirərək Türkiyənin İstanbul şəhərində keçirilən "İstanbul 2010 - Avropa Mədəniyyət Paytaxtı" çərçivəsində "Açıq şəkildə" - "Qadın Olmaq" adlı beynəlxalq video-art sərgisinin kuratoru olub.
ONDREY KAMENİTSKİ
Ondrey Kamenitski, Praqada və Çexiyanın digər 25 şəhər və qəsəbəsində keçirilən dünyanın ən böyük insan hüquqları sənədli film festivalı olan "Bir Dünya" Beynəlxalq İnsan Hüquqları Sənədli Film Festivalının festival direktorudur. O, İncəsənət fakültəsində (Çarlz Universiteti, Praqa) kinoşünaslıq, İncəsənət və Dizayn fakültəsində kuratorluq təhsili alıb. Ondrey Makedoniyanın Yaradıcı Sənədli Film Festivalı MakeDox-da Qısa Müsabiqə Proqramının beynəlxalq münsiflər heyətinin üzvü olub. O, festivalın proqramlaşdırılmasında iştirak edib və “Tamaşaçılarınızı Alın!” proqramının koordinatorlarından biri olub. O, mədəniyyətşünaslıq üzrə akademik bazası olan peşəkar kuratordur.
