
>>>>>>
DokuBaku 2025 Rəsmi Proqram Elanı
2025-ci il 13–19 oktyabr tarixlərində Bakıda keçiriləcək DokuBaku Beynəlxalq Sənədli Film Festivalının 9-cu buraxılışının rəsmi film seçimini təqdim etməkdən böyük həyəcan duyuruq!
Bu ilin mövzusu — 5DWORLDHYPERMAT3X, bizi məlum ölçülərin hüdudlarından kənara çıxmağa və reallığın, qavrayışın və mövcudluğun sərhədsiz qatlarını araşdırmağa dəvət edir — dünyanın hekayələr vasitəsilə necə formalaşıb dəyişdiyini göstərən çoxölçülü bir prizma.
60-dan çox ölkədən daxil olan 200-dən artıq müraciət arasından, seçim heyətimiz sərhədləri aşan 57 cəsarətli və parlaq, 26 tammetrajlı və 31 qısametrajlı, sənədli filmi seçimini sizə təqdim edirik.
Xüsusilə qeyd edirik ki, proqramda 5 yerli film də yer alıb — bu, Azərbaycan sənədli kinosunun yüksələn səslərini nümayiş etdirir.
Dünyanın müxtəlif yerlərindən 64 rejissoru Odlar Yurdunda qarşılamaq bizim üçün böyük şərəfdir. Onların unikal baxış bucaqları ekranlarımızı işıqlandıracaq və tamaşaçılarımızla dialoqa təkan verəcək.
Bu filmlər — müxtəlif, çoxqatlı, dərin və gələcəyə yönəlik — DokuBaku 2025-in ruhunu oxşayır və yaradıcı azadlığa, qlobal dialoqa və kino sənətinə olan sədaqətimizi bir daha təsdiqləyir.
Oktyabr ayında Bakıda sənədli kino ruhunu birlikdə kəşf edək, düşünək və bu bayramı birlikdə qeyd edək.
