
>>>>>>
DOKUTAM
Ən Yaxşı Beynəlxalq Tammetrajlı Sənədli Film
SEVGİ AĞRIDIR | Aleksandru Mavrodineanu | 1:31:45 | Rumıniya
Sinopsis:
Hamımız bunu yaşamışıq – ürək ağrısı, rədd edilmə və ya itirilmiş sevgini geri qaytarmaq arzusu. Hələ indyə qədər heç bir hiss sənətçi və ya düşünürləri sevgi qədər ruhlandırmayıb. Lakin sevginin mənasını tam əhatə edən bir əsər indiyə kimi hələ də yaranmayıb. "Sevgi Ağrıdır" bu əbədi sualın cavabını tapmağa daha bir cəhddir. Bu sənədli film açıq və müşahidəçi bir baxış bucağından iki cütlüyü – Kiprian və Oana, Roxana və Mihaili – izləyir. Onlar sevginin və ayrılığın enişli-yoxuşlu yollarında addımlayaraq, itkidən sonra həyatı necə yenidən qurmaq və yeni başlanğıclar üçün necə yeni yol açmaq lazım olduğunu göstərirlər.
MƏNİM EVİM | Seyran Mahmudoğlu | 1:09:40 | Azərbaycan
Sinopsis:
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanının Xaçmaz bölgəsində yerləşən beynəlmiləl Alexeyevka kəndi tədricən boşaldı, sakinləri — ruslar və ukraynalılar — müxtəlif səbəblərlə köçüb getdilər.
Larisa hələ də kənddə yaşayır, keçmişi xatırlayaraq sosial şəbəkələr vasitəsilə köhnə dostlarla əlaqə qurmağa çalışır. Gənc yaşında kəndi tərk edən Nina isə Krasnodarda yaşayır və nəhayət, illər sonra kəndə qayıdır. Onların görüşü keçmişin istiliyini yenidən hiss etdirir.
“Mənim Evim” doğma yerlərindən və sevdiklərindən uzaq düşənlərin, xatirələrlə yaşayanların və xoşbəxtliyin bir küncünü ürəyində qoruyanların hekayəsidir.
ATANIN LAYLASI | Lesia Diak | 1:18:25 | Ukrayna
Sinopsis:
Müharibənin ağrıları ilə yaşayan Serhiy həyat yoldaşı və üç oğlu ilə yenidən bağ qurmağa çalışır. O, kameranı rejissora tuşlayanda, ortaq ağrı səmimi dialoqa çevrilir. Etimad və hekayəçilik vasitəsilə film müharibənin insan ruhunda buraxdığı izləri və şəfa tapma gücünü göstərir.
SUSMUŞ AĞACLAR | Marta Swiatek | 1:24:43 | Polşa
Sinopsis:
Anası Polşa-Belarus sərhədində vəfat etdikdən sonra, 16 yaşlı kürd qızı Runa dörd kiçik qardaşına və depressiyada olan atasına baxmalı olur. Ailə Polşada yeni həyata başlamağa çalışır. Runa hüquqşünas olmaq və Avropalı dostları kimi yaşamaq arzusundadır. Lakin deportasiya və İŞİD-in təhlükəsi olan İraqa geri qaytarılma qorxusu hər an üst-üstə gəlir. Runa duyğularını ifadə etdiyi eskiz dəftərinə sığınır – çəkdiyi rəsmlər zamanla canlanır. Film qlobal qaçqınlıq böhranı dövründə böyümə hekayəsini animasiya ilə təqdim edir.
START ZƏNGİ | Roser Corella | 1:17:00 | Almaniya, İspaniya
Sinopsis:
Qırğızıstanın dağlıq bölgəsində yerləşən kiçik bir kənddə, qadınların yalnız ev işləri ilə məşğul olmasına səbəb olan konservativ ənənələrə qarşı çıxan Qazi, qadınlar üçün futbol turniri təşkil edərək mövcud qaydaları sarsıdır. Qadınları gücləndirməyə və sosial tabuları qırmağa çalışan Qazi, bu unikal mühitdə mədəni müqavimətlə üzləşir və beləliklə dözümlülük və sosial dəyişimin təsirli hekayəsini ortaya qoyur.
MƏSULİYYƏT İZLƏRİ | Anja Reiss, Jann Anderegg | 1:00:00 | İsveçrə
Sinopsis:
"Məsuliyyətin İzləri" 1994-cü ildə Ruandada Tutsilərə qarşı törədilmiş soyqırımı müxtəlif baxış bucaqlarından interaktiv şəkildə araşdıran filmdir. Süjet İsveçrə ilə əlaqəsi olan müharibə cinayətkarının hekayəsi üzərindən Ruandanın barış və birliyə aparan yolunu izləyir. Tamaşaçılar tarixə nə qədər dərindən baxmaq istədiklərinə özləri qərar verirlər.
Filmdə 8 əsas xətt, 38 qərar nöqtəsi və 16 fərqli sonluq var. Film, fərdi (45–55 dəq), kinoteatrda (90–110 dəq) və ya tamaşaçıların birgə qərar verdiyi kollektiv versiyada izlənilə bilər.
İKİLİ PROBLEM | Emilia Śniegoska | 1:11:00 | Polşa
Sinopsis:
Rumıniyada yerləşən bir polyak kəndində bir zamanlar Hanka və Bronka — həyat yoldaşlarını itirmiş və övladları işləmək üçün ölkəni tərk etmiş iki qadın — gündəlik həyatla yumor və dözümlə mübarizə aparırlar. Müstəqil qalmaq uğrunda savaşan bu iki qadın çox keçmədən həyatlarını dəyişdirəcək bir qərar verməli olacaqlar. Görəsən, ömürlük dost olan bu iki qadının dünyası sonamı çatır?
HİSS ET | Elena Korzhaeva | 1:09:09 | Rusiya Federasiyası
Sinopsis:
Tver bölgəsində bir ahırda kor bir tay doğulur. Adətən belə taylar yatırılır. Tatyana Akimova, keçmişdə peşəkar at sürücüsü və at sahibəsi olaraq, çətin bir seçimlə üz-üzə qalır. Bu tayın sağ qalmasını təmin etmək böyük bir körpəyə tam məsuliyyət daşımaq deməkdir, hətta öz həyatını riskə atmaq da ola bilər. Bu sevgi onu hara aparacaq?
24 SAAT | Harald Friedl | 1:40:00 | Avstriya
Sinopsis:
50 yaşlı rumın Sadina Lungu Avstriyada 24 saatlıq baxıcı kimi çalışır. Onun işi onu Rumıniyadakı ailəsindən beş aya qədər uzaqlaşdırır. O, Rumıniyadakı ailə həyatını və xaricdəki peşəkar həyatını necə tarazlaşdırır? Sadinanın şəxsi, emosional hekayəsi ilə yanaşı, film həm də böyük sosial-siyasi əhəmiyyət daşıyır. Sadinanın hekayəsi tək deyil: o, Avstriyada baxıcılıq xidmətləri göstərən təxminən 40,000 rumın qadınından biridir. Bu film qulluqçuluq peşəsinə kino ilə ifadə olunan bir ehtiramdır.
ƏRAZİ | Alex Galan | 1:00:04 | İspaniya
Sinopsis:
Money Heist serialından sonra Darko Perik məşhurluğu tərk edib Qırğızıstanın uzaq dağlarına üz tutur, hardakı köçəri çobanlar ərazilərini ruhla paylaşırlar: qar pələngi ilə. Sərt qış temperaturu vadini dünyanın qalan hissəsindən təcrid edir. Möhtəşəm mənzərələr və zəngin mədəniyyət arasında o, uğur və həyat barədə yeni baxış bucağı tapır və telefonu susduqda saqqalın arxasındakı “daxili insanı” kəşf edir.
GAGERİV | Mahmoud Kameli | 1:00:00 | İran, İslam Respublikası
Sinopsis:
Çaharmahal və Bəxtiyari vilayətinin dağlarının ürəyində, “Sar Ağa Seyid” kəndinin sakinləri, kənd havasında dolaşan bir meyitin qoxusuna baxmayaraq, dini inanclarına görə bu yeri tərk etməkdən çəkinirlər.
EVİN QAPISINI KİM DÖYƏCƏK? | Maja Novakovic | 1:24:00 | Serbiya
Sinopsis:
Bosniya və Herseqovinanın sərt, amma gözəl təbiət mənzərəsində qurulan film, təbii aləmin səbirli müşahidəsi vasitəsilə daxili, əlçatmaz dünyaları açır. Film təcrid həyatı yaşayan yaşlı bir kişinin gündəlik rutinlərini izləyir və yuxusayağı görüntülərdən ibarət bir xalça toxuyur. Ətrafdakı dağlar, alışan soba və heyvan dostları ona təsəlli və istilik verir.