top of page
DokuBaku_Main_Logo

MÜNSİFLƏR

DOKUTAM

Ən Yaxşı Beynəlxalq Tammetrajlı Sənədli Film

Giuseppe Gariazzo

 

Giuseppe Gariazzo İtaliyanın milli qəzeti Il manifesto-nun film tənqidçisidir. O, Trieste Film Festivalının proqramçısı kimi çalışır, həmçinin Turin şəhərində keçirilən Job Film Days və Romadakı MedFilm Festivalının komandasının üzvüdür. İllər ərzində o, Torino Film Festivalı və Venesiya Beynəlxalq Film Festivalının “Tənqidçilər Həftəsi” ilə əməkdaşlıq edib. Afrika kinosu haqqında kitabların, eləcə də Dünya Kinosunun Tarixi və Kino Tarixi Ensiklopediyası da daxil olmaqla,

İtaliya və beynəlxalq nəşrlərdə məqalələrin müəllifidir.

POLINA.png

Polina Herman

 

2012-ci ildən film prodüseri, Ukraynada UP UA Studio və ABŞ-da UP USA Studio studiyalarının qurucusu, bədii və sənədli filmlər, həmçinin beynəlxalq koprodüksiyalarda ixtisaslaşıb. Daha əvvəl Ukraynanın aparıcı film şirkətlərində PR, distribüsiya və istehsalat sahələrində çalışıb. PGA, EFA, Ukrayna Film Akademiyası, IDA və digər peşəkar assosiasiyaların üzvüdür. 2024-cü ildən Polina Herman həm də şəxsi inkişaf kouçu kimi fəaliyyət göstərir, “I AM” adlı transformasiya oyununun müəllifi, “Kənd Qadınları üçün Bələdçi” kitabının yazarı, Herman geyim brendinin təsisçisi və hazırda “Açar” adlı rejissor debütünə hazırlaşır.

Tue Steen Müller .png

Tue Steen Müller

 

Tue Steen Müller 20 ildən artıqdır sənədli kino sahəsində fəaliyyət göstərir. O, Danimarka Film Şurasında və Avropa Sənədli Film Şəbəkəsinin (EDN) ilk direktoru kimi çalışıb, həmçinin bir sıra mühüm təşəbbüslərin həmtəsisçisidir. Dünyanın müxtəlif festivallarında və ustad dərslərində məsləhətçi, müəllim və proqram rəhbəri kimi çıxış edib. Avropa sənədli mədəniyyətinə verdiyi töhfələrinə görə Danimarka, Portuqaliya, Litva, Latviya və İspaniyada mükafatlarla təltif olunub. Hal-hazırda Zelig Sənədli Film Məktəbində dərs deyir və filmkommentaren.dk saytında yazılar dərc edir.

DOKUBOX

Ən Yaxşı Debüt Sənədli Film

OKTAY NAMAZOV.png

Oktay Namazov

Bakı Türk Anadolu Liseyindən sonra Türkiyədə Akdeniz Universitetində Reklam üzrə bakalavr, daha sonra isə Portuqaliya, Macarıstan və Belçikada sənədli film və kinorejissorluq üzrə magistr təhsili alıb.

O, Azərbaycanda müxtəlif film şirkətləri ilə işləyib, 4 uzunmetrajlı filmdə operator olub və bir çox məşhur rejissorlarla əməkdaşlıq edib. Çəkdiyi sənədli filmlər bir neçə ölkədə festivallarda nümayiş olunub və mükafatlar qazanıb.

2018-ci ildə DokuBaku festivalında menecer, 2019–2020-ci illərdə isə direktor vəzifəsində çalışıb. O, həmçinin KinoLab Film Atelyesinin həmtəsisçisidir.

Dinorath Ramírez González.png

Dinorath Ramírez González

Dinorath Ramírez González akademiya, kommunikasiya və kinematoqrafiya sahələrində fəaliyyət göstərən peşəkardır. O, Kommunikasiya Elmləri və Kinematoqrafiya üzrə bakalavr, həmçinin Neyrotəhsil üzrə magistr dərəcəsinə malikdir. Meksika kinosuna çıxışı genişləndirən və təhsildə innovasiyaları dəstəkləyən layihələri təşviq edən Kino Təlim Mərkəzinin (CCC) baş direktorudur. Milli və beynəlxalq kino festivallarında münsif kimi çıxış edib və inklüziv öyrənməyə, kinematoqrafiyanın sosial transformasiya vasitəsi kimi inkişafına sadiqdir.

Kamran gasimov.png

Kamran Qasımov

Kamran Qasımov – ssenarist, rejissor, jurnalist və prodüser. 1983-cü ildə Bakıda anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq təhsili alıb. “Tilsim” bədii filmi, “Arxa cəbhə”, “Dəmirin yolu”, “Çex bülluru” və digər sənədli filmlərin müəllifidir. Televiziya serialları və layihələrinin ssenari müəllifi və aparıcısı olub. 2019-cu ildə AzerNyuMedia Şirkəti ilə Cinema Radionu təsis edib. 2022–2025-ci illərdə Los Ancelesdəki Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Kollec Televiziya Mükafatlarının münsiflər heyətinin sədri olub. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.

DOKUECHO

Təbiət Haqqında Ən Yaxşı Sənədli Filmi

Ruslan Mollayev.png

Ruslan Mollayev

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin magistridir. Bir sıra kino məktəblərinin məzunudur. 2005-ci ildən televiziya sahəsində çalışır, 20-dən çox sənədli və üç qısametrajlı bədii filmin müəllifidir. Filmləri beynəlxalq festivallarda təqdim olunub və mükafatlara layiq görülüb. Foto və hekayələri müxtəlif nəşrlərdə dərc olunub, 2012-ci ildə Nəsimi Ədəbiyyat Müsabiqəsinin qalibidir. “Ağın qardaşı” adlı şeirlər kitabının müəllifidir. Hazırda “Kəndimizə gedən yol” festivalının icraçı direktoru və APA Media Qrupunun baş rejissoru kimi fəaliyyət göstərir.

Emin Afandiyev.png

Emin Əfəndiyev

Emin Əfəndiyev 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirərək Kino rejissorluğu ixtisası üzrə bakalavr dərəcəsi alıb və təhsilini daha da dərinləşdirmək üçün məşhur ssenarist və kinorejissor Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Beynəlxalq Kino Məktəbinin ixtisasartırma kurslarında iştirak edib.

Yaradıcı fəaliyyətinin gedişində Emin Əfəndiyev Azərbaycan kinematoqrafiyasının aparıcı studiyaları ilə əməkdaşlıq edib. Onların arasında “Salnamə” studiyası, “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” kimi istehsal şirkətlərini sadalamaq olar. Bu əməkdaşlıqlar vasitəsilə o, həm bədii baxımdan, həm də milli mədəni irsin təqdimatında əhəmiyyətli işlərə imza ataraq özünü püxtələşdirib.

Onun rejissor kimi ilk qısametrajlı filmi “0:1…” Almaniyada keçirilən nüfuzlu Kotbus Film Festivalında nümayiş etdirib və həmin filmin uğuru nəticəsində Əfəndiyev 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin rejissoru” mükafatına layiq görülmüşdür. Bu mükafat onun milli kino məkanında ümidverici və gənc istedadlardan biri kimi tanınmasına zəmin yaratmışdır.

Richard Allan.png

Richard James Allen

Richard James Allen Sidneydə Karen Perlman ilə birlikdə təsis etdiyi mükafatlı Physical TV Company-nin direktorudur. Onun sənədli, dram və rəqs filmləri altı qitədə 500-dən çox festivalda nümayiş olunub, 100-dən artıq mükafat və nominasiyaya layiq görülüb və beynəlxalq kanallarda yayımlanıb. Riçard həm də tanınmış şairdir, 13 kitab müəllifidir. Text Messages from the Universe (2023) əsəri üç beynəlxalq mükafata shortlist edilib və mükafat qazanmış filmə uyğunlaşdırılıb. Onun More Lies (2021) romanı və audio kitabı da beynəlxalq səviyyədə tanınıb. Sidney Texnologiya Universitetindən doktorluq dərəcəsi alan Riçard, bir çox universitetlərdə dərs deyib və çıxışlar edib. Daha ətraflı: physicaltv.com.au.

DOKUKIDS

 Uşaqlar üçün Ən Yaxşı Sənədli Film

Rúben Gomes01.png

Rúben Gomes

 

Rúben Gomes bədii tədqiqatlar sahəsində təhsilə malik portuqaliyalı kino mütəxəssisidir. O, Koimbra Universitetinin İncəsənət və Humanitar Elmlər Fakültəsində audiovizual media ixtisası üzrə bakalavr və magistr dərəcələri almışdır. Daha sonra Braziliyanın San-Paulo şəhərində yerləşən Beynəlxalq Kino Akademiyasında ssenaristlik üzrə ixtisaslaşmışdır. O vaxtdan bəri müxtəlif platformalarda montajçı kimi çalışaraq texniki biliklərini müəllif yanaşması ilə birləşdirmişdir. Son illərdə isə o, bir sıra beynəlxalq kino festivallarında – Belçikadakı Millennium Sənədli Film Festivalı və Litvadakı Meeting Point Vilnius da daxil olmaqla – kurator, proqramçı və prodüser kimi fəaliyyət göstərmişdir. Onun işi müasir narrativlərə və sənədli kinematoqrafiyanın yaradıcı proseslərinə xüsusi marağı əks etdirir.

Aysel Amirova.png

Aysel Əmirova

 

Aysel üç nəsildir davam edən sənətkarlar ailəsində dünyaya göz açıb. O, Mədəniyyət və İncəsənət Universitetində Qrafik Dizayn ixtisası üzrə təhsil alaraq vizual ifadə və konseptual düşüncə sahəsində möhkəm baza qazanıb. Paralel olaraq, Bakıda fəaliyyət göstərən Princess Ənənəvi İncəsənət Məktəbində batik və keramika texnikalarını öyrənərək müasir dizayn yanaşmalarını ənənəvi sənət üsulları ilə birləşdirməyi bacarıb.

Onun sənət sevgisi uşaqlıqdan rəsm, fotoqrafiya və poeziyaya olan marağı ilə formalaşıb. Zamanla Aysel müxtəlif beynəlxalq layihələrdə iştirak edərək əsərlərini sərgiləyib və öz çoxşaxəli yaradıcılıq üslubunu tamaşaçılara təqdim edib.

Bu gün Aysel həm müasir vizual incəsənət, həm də kino sahəsində fəaliyyət göstərən multidisiplinar sənətçidir. O, prodakşn dizayneri kimi film layihələrinə özünəməxsus yaradıcılıq baxışını gətirir. Eyni zamanda, Bakıda fəaliyyət göstərən müstəqil Studio A-nın təsisçisi və rəhbəri olaraq innovativ ideyaların və sənət dialoqunun inkişafına töhfə verməkdədir.

Nikolay Flotskiy.png

Nikolay Flotskiy

Nikolay Flotskiy həm bədii, həm də sənədli kino sahəsində çalışan rəssam və rejissordur. Onun yaradıcılığı şəxsiyyət, mədəniyyət və insan təcrübəsi mövzularını şəxsi və dərin baxış bucağından araşdırır. İncəsənət fəaliyyətindən əlavə, o, psixologiya elmləri namizədidir və tədqiqatlarını Saami və Nenets yerli icmalarından olan yeniyetmələr arasında şəxsi, gender və etnik identiklik məsələlərinə həsr edib. Flotskiy, həmçinin Norveçdəki NTNU Universitetində İncəsənət üzrə magistr dərəcəsinə sahibdir. Burada o, psixologiya, vizual incəsənət və kinematoqrafiyanı birləşdirən fənlərarası yanaşmasını inkişaf etdirərək özünəməxsus yaradıcılıq üslubunu formalaşdırmışdır.

DOKUMUSE

Musiqi və Ritim haqqında Ən Yaxşı Sənədli Film

Katerina.png

Katerina Tarbo-İqnatenko

 

Katerina Tarbo-İqnatenko beynəlxalq film prodüseri, aktrisa və ssenaristdir.

O, qlobal koprodüksiyalarda geniş təcrübəyə malikdir. Onun işləri arasında Kristal Qu quşu (Oskar və Qızıl Qlobus namizədi, 30-dan çox beynəlxalq mükafatın qalibi), həmçinin An Hour Before Dawn, American Prayer, White Crows, Roxy və Kurak kimi layihələr var. O, Spirito Libero şirkətinin (Serbiya və Fransa filialları daxil olmaqla) təsisçisidir və 11-dən çox ölkədən tərəfdaşlarla əməkdaşlıq edir. Prodüserliklə yanaşı, Katerina ustad dərsləri keçirir, beynəlxalq festivallar təşkil edir və qadın liderliyi ilə mədəniyyətlərarası dialoqu fəal şəkildə təşviq edir.

Basilio Maritano Sailer.png

Basilio Maritano Sailer

Basilio Maritano Sailer italyan-alman rejissordur və əsərləri çoxdilli, çoxmədəniyyətli mühitdə formalaşıb. Onun poetik sənədli filmləri siyasət, tarix və kimlik mövzularını araşdırır.

Vyanada Siyasi Elmlər və Transmədəniyyətli Kommunikasiya üzrə təhsil alıb, daha sonra İtaliyada Centro Sperimentale di Cinematografia-da Sənədli Rejissorluq üzrə diplom qazanıb (2020). 2021-dən Almaniyada Filmakademie Baden-Württemberg-də yaradıcılığını inkişaf etdirir.

Onun Waves in Nature (2018) və Siam pronti alla morte (2024) filmləri Manifesta 12, CamerImage və Dok.Fest München kimi festivallarda nümayiş olunub. Hazırda Almaniya və Burkina Fasoda çəkilmiş Avenir (2026) adlı tammetrajlı sənədli filmini tamamlayır.

Javad Tagizade.png

Cavad Tağızadə

 

Cavad Tağızadə Bakıda yaşayan opera və simfonik dirijor, musiqiçi və prodüserdir. O, 14 ölkədə beynəlxalq təcrübə qazanmış, Bakı Musiqi Akademiyasında təhsil almış, Viktor Tretiyakov, Donna Li Kroftla dərslərdə iştirak etmiş, Sankt-Peterburqdakı Mariinski Teatrında Valeri Gerqiyevin rəhbərliyi altında təcrübə keçmişdir. Karyerasına skripkaçı kimi başlayaraq Avropa və ABŞ-da nüfuzlu festivallarda çıxış etmiş, 2010–2013-cü illərdə “Maestro Music” tərəfindən təmsil olunmuşdur. Daha sonra Avropalı həmkarları ilə birlikdə “Maestro Music Azerbaijan”ı yaratmış, klassik musiqi layihələrinin təşkilinə başlamışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Mariinski Teatrında Haydnın L’isola disabitata operasını səhnələşdirmiş və teatrın tarixində ilk dəfə tələbə orkestri ilə Azərbaycana qastrol təşkil etmişdir. Hazırda Azərbaycan Radio və Televiziya Orkestrinin baş dirijoru, Bakı Simfonietta orkestrinin dirijoru və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “House of Record” studiyasının direktorudur.

DOKUSHORTS

 Ən Yaxşı Beynəlxalq Qısa Sənədli Film

ALISATTARGULIYEV.png

Əli-Sattar Quliyev

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan İqtisad Universitetində təhsil alıb. “Azercell”, İz Production, “Tonica Production” və “Azanfilm”də müxtəlif vəzifələrdə çalışıb. 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru, 2023-2024-cü illərdə isə Gənclər və İdman Nazirliyində rejissor olub. 2024-cü ildə “Nizami” Kino Mərkəzinə direktor təyin edilib. Filmləri Kann, Tampere, Kazan, Daşkənd, Düşənbə və Tbilisi festivallarında nümayiş olunub.

KAZ.png

Kazuhiko Mizushina

Rejissor, ssenarist, aktyor və prodüser Kaz Mizushina Yaponiyanın məşhur Fudzi dağının yerləşdiyi Şizuoka şəhərində fəaliyyət göstərir. O, Nyu-York Film Akademiyasını bitirib və doğma şəhərində öz prodakşn şirkətini təsis edərək yerli bələdiyyələr və iri şirkətlər üçün tanıtım videoları istehsal edir. Karyerası ərzində Mizushina bir neçə orijinal qısametrajlı filmə imza atıb və həmin filmlər Böyük Britaniya, Şri Lanka, Malayziya və ABŞ-da keçirilən film festivallarına seçilib.

Leyli Salayeva.png

Leyli Salayeva      

                          

Azərbaycan Yazıçılar Birliyi, Poeziya Cəmiyyəti (Böyük Britaniya) və Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür. Yaradıcılığı mətn, təsvir, səs və hərəkətin kəsişməsində formalaşır, kimlik, yaddaş və qadınların daxili dünyasını araşdırır. Altı kitab müəllifidir, əsərləri müxtəlif ölkələrdə çap olunub və səhnələşdirilib. O, Updown Poetry və 57 Poetry Lab təşəbbüslərinin təsisçisidir, qadınların güclənməsi və ekoloji mövzulara dair layihələrdə fəal iştirak edir. Əsərləri London, Moskva, Bakı, Tbilisi və digər şəhərlərdə sərgilənib.

  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Instagram Icon

Subscribe to Our Newsletter

Thanks for submitting!

© 2017-2025 by DokuBaku IDFF 

bottom of page