top of page
DokuBaku_Main_Logo
2024_doku-baku_element_edited.png

● DIVINE ● 5D WORLD ● HYPERMATRIX ● SYNCHRONICITY ●

İlahi olan və ya İlahilik sizin üçün nə deməkdir?

 

Bu, təbiətin nəfəskəsici gözəlliyi, insan ruhunun sarsılmaz gücü, inanc sistemlərinin dərinliyi, yoxsa bədii ifadəni alovlandıran yaradıcı qığılcımıdır? İlahi olan gündəlik həyatın sakit anlarında, yoxsa sivilizasiyaları formalaşdıran böyük hekayələrdə tapılır?

 

Bəşəriyyət yeni bir paradiqmanın – Hypermatrixin astanasında dayanır. Bu evolusiya edən reallıqda hər bir söz, hər bir hərəkət, hər bir baxış və hər bir düşüncə sonsuz enerjilər şəbəkəsində bir-biri ilə əlaqələnir. Tez-tez bütövlük, tamlıq, vahidlik və ya ilahi olanın mahiyyəti kimi təsvir edilən bu qarşılıqlı bağlılıq bizi çoxşaxəli və daim dəyişən kainata uyğunlaşmağa çağırır. Mərkəzi Günəşin işıq saçan kodları altında biz daha yüksək reallığa – 5D və ondan daha üst dünyalara oyanmaq kimi böyük və dərin bir vəzifə ilə üz-üzəyik.

 

Hypermatrixdə hər şey sinxronlaşır, bundan qaçış yoxdur; və bütün düşüncələrimiz hamıya görünür. Burada ruh materiyaya, maddəyə hökm edir, çünki Metafizik dünyada duallıq yoxdur – hər şey birdir. Biz kainatla birik. Bu əbədi həqiqətlərin mərkəzində isə ziddiyyətlərin vəhdəti dayanır: kişi və qadın, bədən və ruh – hamısı böyük bir vahidin ayrılmaz hissələridir.

 

Kainat vibrasiyalar və kodlar vasitəsilə danışır, gizli mənaları aşkar edir və bizi ali həqiqətə yönləndirir. Ən kiçik atomdan tutmuş nəhəng qalaktikalara qədər hər şey rəqəmlər, hərflər və onların qarşılıqlı əlaqəsi əsasında qurulmuş ilahi bir harmoniyada titrəyir. Bəşəriyyətin missiyası isə unudulmuş həqiqətləri yenidən kəşf etmək, köklərinə qayıtmaq, kosmik qanunları qəbul etmək və qədim harmoniyasına qovuşmaqdır.

 

Bəşəriyyət Həyat Ağacının yeni budağına – Qızıl Dövrə qədəm qoyur. Bu Epoxa bütün canlıların müqəddəsliyini tanıyan kollektiv oyanışı tələb edir. İndi köhnə düşüncə sistemlərini geridə qoymaq və gələcəyi harmoniya, bərabərlik və bütün varlıqların qarşılıqlı əlaqəsi əsasında formalaşdırmaq vaxtıdır.

 

Mayya təqvimi, ay dövrləri və kosmik zodiak – o cümlədən yeni qəbul edilmiş İlanboğan (Ophiuchus) bürcü bizi yenidən təbiətin ritminə uyğunlaşmağa çağırır. İllüziyaları aşaraq, düşüncə və əməllərin saflığını qəbul etməklə biz, planetimizin gələcəyini formalaşdırmaq gücünə sahibik. Hər birimiz bəşəriyyətin və Yer kürəsinin rifahına cavabdehik. Hərəkətə keçmək üçün ən uyğun zaman məhz indidir! Kainat xoşbəxtlik okeanıdır, biz isə insan bədənində həyat təcrübəsi yaşayan ruhsal, ilahi varlıqlar – bizi birləşdirən ən dərin həqiqət budur.

 

Dünyanın dörd bir yanından sənədli film yaradıcılarını bu dərin sualları və mövzuları araşdırmağa dəvət edirik!

Mənəvidən dünyəviyə, qədim rituallardan futuristik baxışlara qədər biz insanın ilahi ilə olan əlaqəsini dərk etməyə və genişləndirməyə kömək edən hekayələr axtarırıq. İstər ekoloji fəallıq, şəxsi transformasiya, istərsə də qeyri-ənənəvi perspektivlər vasitəsilə – sizin filmləriniz ilahi anlayışın dünyamızı necə formalaşdırdığını, dəyişdirdiyini və yenidən yaratdığını işıqlandıra bilər.

 

Bizə qoşulun və bu mövzu ətrafında ilham verən, düşündürən və yeni perspektivlər açan bir kino dialoqu yaradaq! Baxışınız, inkişaf edən kosmosun bir hissəsi olmağın nə demək olduğunun kollektiv şəkildə araşdırılmasına töhfə versin!

 

Festival 13-19 Oktyabr, 2025-cil il Bakıda baş tutacaq.

 

Birlikdə içimizdə və ətrafımızda olan ilahiliyi oyadaq!
Gəlin birliyi, harmoniyanı və insan ruhunun sonsuz potensialını əks etdirən bir gələcək formalaşdıraq!

DokuBaku BSFF 2025 ilə öz hekayələrinizi paylaşın!

https://filmfreeway.com/DBIDFF

 

  • Son müraciət – 30 May, 2025

 

Festival Kateqoriyaları:

 

DokuTam – ən yaxşı tammetrajlı sənədli film

DokuOne – ən yaxşı tammetrajlı yerli film
DokuShort – ən yaxşı yerli və beynəlxalq qısametrajlı sənədli film
DokuKids – uşaqlar üçün və uşaqlar haqqında ən yaxşı sənədli film
DokuMuse – musiqi, rəqs, ritm və temp haqqında ən yaxşı sənədli film
DokuEcho – təbiət və Yer planetinin ekosistemi haqqında qeyri-propaqanda ən yaxşı sənədli film
DokuBox – ən yaxşı debüt film (birinci və ya ikinci film, eksperimental və qeyri-ənənəvi sənədli filmlər)

  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Instagram Icon
bottom of page