top of page
DokuBaku_Loqo_Black.png

Könüllü Ol!  

DokuBaku BSFF 21-25 sentyabr,
Son Tarix: 20 iyul, 2022

                                               

DokuBaku BSFF, festivalın təşkilatçılarına açılış və qapanış mərasimlərində, film nümayişlərinin təşkilində,  qonaqları və tamaşaçıları qarşılamaqda bilik və bacarıqlarınıza uyğun hər hansı bir dəstək verə biləcək könüllü/ fasilitatorlar axtarır.

Könüllülər festival günlərində, 21-25 sentyabr 2022 tarixlərində, fəaliyyət göstərəcəklər.

Könüllü fasilitatorlar film okeanına dalmaq, yerli və beynəlxalq istehsalçı mütəxəssislərlə tanış olmaq, festivalın gedişatına dair dəyərli bir təcrübə fürsəti əldə edəcəklər. Kino həvəskarısınızsa və özünüzü yeni bir təcrübədə sınamaqdan çəkinmirsinizsə, müraciətlərinizi gözləyirik!

Müraciətinizi təqdim etdikdən sonra ərizənizin qəbul etdildiyi barədə e -məktub bildirişi alacaqsınız. İlkin mərhələni keçdiyiniz halda, sizə ikinci e -poçt bildirişi gələcək, fiziki və ya onlayn müsahibəyə dəvət alacaqsınız.

                                             DokuBaku BSFF 2022-in bir hissəsi olmağınızı səbirsizliklə gözləyirik.

bottom of page