top of page
DokuBaku_Main_Logo

DOKUKIDS

DokuKids Mükafat Sahibləri – DokuBaku 2025

Əsas Mükafat: iMystic

Münsiflərin Qeydi

Biz DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 2025 çərçivəsində DokuKids kateqoriyasının qaliblərini elan etməkdən böyük məmnunluq duyuruq!

Bütün qalibləri ürəkdən təbrik edir, sənədli kino sənətinin Azərbaycanda və dünyada inkişafına verdikləri dəyərli töhfələrə görə minnətdarlığımızı bildiririk.

Filmləriniz tamaşaçıları ilhamlandırır, dərin mövzular ətrafında söhbətlərə təkan verir və zamanımızın ruhunu səmimi və yaradıcı şəkildə əks etdirir.

 

Festivalın DokuKids kateqoriyası uşaqların dünyasını işıqlandırır və ailənin, məktəbin, cəmiyyətin, eləcə də informasiya bolluğunun onların dünyagörüşünün formalaşmasına necə təsir etdiyini araşdırır. Bu kateqoriya gələcəyin daha düşüncəli, mərhəmətli və yetkin insanlarını yetişdirmək üçün qarşıda duran çağırışları və məsuliyyətləri vurğulayır.

Bütün qalibləri bir daha təbrik edirik!

The Hexagonal Hive and a Mouse in a Maze.jpg

Əsas DokuKids Mükafatı – iMystic

Altıbucaqlı Pətək və Labirintdəki Siçan | Bartek Dziadosz, Tilda Swinton | Böyük Britaniya | 1:32:37

 

Münsiflərin Qeydi:

“Altıbucaqlı Pətək və Labirintdəki Siçan” əsəri, dünyamızın dəyişdiyi bu çətin dövrdə təhsillə bağlı vacib sualları gündəmə gətirir. Bu məsələlər ağıllı və dərin bir kinema dili ilə təqdim olunur və tamaşaçını özünəməxsus bir səyahətə aparır. Belə filmlərin hələ də mövcud olması, insanlara hörmətlə yanaşaraq onları həyata və düşünməyə oyatmaq istəyi ruhlandırıcıdır.

The Girl Who Dances.jpg

Münsiflərin Qeydi

Rəqs Edən Qız | Pərvanə Quliyeva | Azərbaycan | 0:16:32

 

Münsiflərin Qeydi:

 

Bu film ümid dolu bir qızın incə və duyğulu hekayəsini danışır. Məlahətin rəqsi sanki səssiz bir şeirdi — arzuların, ağrıların və daha yaxşı gələcəyə sarsılmaz inamın zərif ifadəsidir. Biz inanırıq ki, bu qız bir gün böyüyəcək və öz yolunu tapacaq. Qoy yolu işıqla dolsun, arzuları qanad açsın və ürəyindəki bütün istəklər gerçəyə çevrilsin.

BALI.jpg

Bali | Amoli Birewar | Hindistan | 0:25:45

 

Münsiflərin Qeydi:

“Bali” filmi gənc qəhrəmanının sakit gücü ilə seçilir. Onun marağı və həssaslığı ənənə ilə dəyişimin toqquşduğu incə anları üzə çıxarır. Film şəxsiyyət, mənsubiyyət və böyümənin çətinlikləri mövzularını yumşaq və səmimi şəkildə araşdırır. Tamaşaçını bir uşağın baxışı ilə dünyanı görməyə — həm dinləməyə, həm də danışmağa dəvət edir.

To the Kindergarten, La La La_SM.jpg

Bağçaya, La La La | Kajetan Łukasz Pochylski | Polşa | 0:08:20

 

Münsiflərin Qeydi:

“Bağçaya, La La La” uşaq dünyasını kəşf və sakit müşahidə məkanı kimi təsvir edir. Zərif vizual dili və yaxın sənədli yanaşması ilə Kajetan Łukasz Pochylski bizi ən kiçiklərin gözləri ilə dünyaya baxmağa dəvət edir. Münsiflər bu filmin orijinallığını və insani dərinliyini yüksək qiymətləndirirlər — gündəlik həyatı poetik və səmimi bir kino təcrübəsinə çevirir.

DokuKids kateqoriyasının münsiflər heyətinə — Aysel Əmirova, Ruben Gomez və Nikolay Flotskiyə — səmərəli və dəyərli işlərinə görə dərin təşəkkürümüzü bildiririk.

Subscribe to Our Newsletter

Thanks for submitting!

© 2017-2025 by DokuBaku IDFF 

bottom of page