
>>>>>>
DOKUECHO
DokuEcho Mükafat Sahibləri – DokuBaku 2025
Əsas Mükafat: iMystic
Münsiflərin Qeydi
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı DokuEcho kateqoriyası üzrə qalibləri təqdim etməkdən qürur duyur. Bu kateqoriya dünyanın bu gün üzləşdiyi mühüm problemləri və onların həlli yollarının araşdırılması və həyata keçirilməsinin vacibliyini bir daha xatırlatmaq məqsədinə xidmət edir.
DokuEcho kateqoriyası insan və təbiət, insan və kainat münasibətlərinə işıq salır, planetimizi təhdid edən aktual problemləri açıq şəkildə tamaşaçılara çatdırır. Bu, ekoloji şüurun yaradılması və formalaşdırılmasına, həmçinin cəmiyyətin Yer və bütövlükdə Kainat qarşısında daşıdığı məsuliyyətin vurğulanmasında özünə borc bilir.
Qalibləri səmimi qəlbdən təbrik edir və onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayırıq. Hər kəsi isə bu məsuliyyəti kollektiv şəkildə bölüşməyə və daha dayanıqlı bir gələcək naminə addım atmağa dəvət edirik.

Əsas DokuEcho Mükafatı - iMystic
Sürü Gəzintisi | Ankit Pogula | Hindistan | 1:02:53
Münsiflərin bəyanatı:
Rejissor Ankit Pogulanın Herd Walk filmi insanla təbiət arasında zamanla zəifləyən tarixi bağların təsirli xatırlatması və ənənəvi həyat tərzlərinin dəyərini ustalıqla göstərməsi ilə seçildi. Film, itməkdə olan bir irsin bəşəriyyətə aid dərin sualları necə canlandırdığını incəliklə nümayiş etdirir.

Münsiflərin Qeydi
Praşa-Kriti | Araz Quliyev | Azərbaycan | 0:22:30
Münsiflərin bəyanatı:
Phrasha-Criti, Kameralı Adam, Berlin: Bir Metropolisin Simfoniyası və Koyaanisqatsi filmlərinə bədii salam göndərən iddialı bir əsərdir. Qeyri-adi kadrlama, fərqli dinamika və zaman-məkanın yaradıcı şəkildə təhrif edilməsi filmi vizual bir poema halına gətirir. Gündəlik həyatın “normal” qəbul etdiyimiz tərəflərinə qəribə və bir qədər narahatedici bir baxış bucağından baxmağa bizi məcbur edir.

Yaşıl Boz Qara Qəhvəyi | Yuyan Wang | Çin, Fransa, Koreya Respublikası | 0:11:30
Münsiflərin bəyanatı:
Yaşıl Boz Qara Qəhvəyi filmində rejissor və video-artist Yuyan Wang ekranın bütün potensialından istifadə edərək qaranlıq bir proroqnoz təqdim edir. Film neftin çevik və narahat ruhuna həsr olunmuş, vizual olaraq heyranedici və təsirli bir himn kimidir.

Fırtınadan Sonrakı Süküt | Alina Rizwan | Pakistan | 0:10:47
Münsiflərin bəyanatı:
Fırtınadan Sonrakı Süküt filmi dramatik gücü ilə münsifləri dərin təsirləndirdi. İnsanların təbiətlə mübarizəsi və eyni zamanda onun qarşısında nə qədər həssas və aciz olduğu filmdə düşündürücü şəkildə əks olunub. Bu film ekoloji problemləri daha da artırmaqla deyil, təbiətlə birgəyaşayış və harmoniyada var olmaq prizmasından göstərməklə münsiflərdə dərin təəssürat yaratdı.
Festival rəhbərliyi DokuEcho Münsiflər Heyətinə — Ruslan Mollayev, Emin Əfəndiyev və Riçard James Allen — dərin təşəkkürünü bildirir. Onların peşəkarlığı, diqqətli yanaşmaları və dəyərli fikirləri bu seçimin formalaşmasında həlledici rol oynayıb.