top of page
DokuBaku_Main_Logo

DOKUMUSE

DokuMuse Mükafat Sahibləri – DokuBaku 2025
Əsas Mükafat: iMystic
Münsiflərin Qeydi

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı DokuMuse kateqoriyasının qaliblərini təqdim etməkdən qürur duyur.

DokuMuse bölməsi musiqinin həyatımızdakı dərin və müqəddəs rolunu xatırlatmaq üçün xüsusi olaraq yaradılmışdır. Bu bölmə bizi ilahi və yüksək keyfiyyətli səslər vasitəsilə şüurumuzu dərk etməyə, sözlərimizin, söhbətlərimizin və hərəkətlərimizin bir kosmik simfoniyanın — kainatın hər bir səsi ilə ilahi bağın vəhdətini əks etdirən universal bir təzahürün — tərkib hissəsi olduğunu hiss etməyə dəvət edir.

Bütün qalibləri səmimi qəlbdən təbrik edir və onlara bədii yaradıcılıq yollarında yeni uğurlar arzulayırıq.

After Dance_WINNER.jpg

Əsas DokuMuse Mükafatı - iMystic

Rəqsdən Sonra | Sebastião Varela | Portuqaliya | 0:52:00

 

Münsiflərin Əsaslandırması:


Rəqsdən Sonra filmi “Expresso Transatlántico” qrupunun musiqisi vasitəsilə tamaşaçıya sözsüz poeziya bəxş edir. Filmin dərin və incə metaforaları izləyicini filmdə vaqe olan konsertin dünyasına çəkir. Portuqal motivləri və müasir aranjimanlarla zəngin olan bu film zaman və məkan hissini silir. Baş mükafat filmin poetik dili, incə duyğuları, canlı improvizasiyası, kamera hərəkətləri və rejissorun zərif, duyğusal baxışına görə təqdim edilir.

MAESTROTHEPATHOFTHUNDER.jpg

Münsiflərin Qeydi

Maestro: İldırımlı Yollarla | Hüseynağa Aslanov | Azərbaycan | 0:38:52         


Münsiflərin Əsaslandırması:

“Maestro: İldırımlı Yollarla” filminin rejissoru Hüseyağa Aslanov kimi yeni istedadları dəstəkləmək çox vacibdir — bu, həm festivalımızın missiyası, həm də onun özünəməxsus ruhudur. Biz rejissor və həyatında çox çətinliklər yaşamış filmin əsas qəhrəmanı üçün dərin sevinc hissi duyuruq. Onun musiqiyə olan sevgisi sönməyib, əksinə, ucalaraq sonsuz səmada kainatın sehrli dirijor çubuğu vasitəsilə öz ritmini göstərdiyi bir məqama çevrilib.

The Tunes.jpg

Nəğmələr | Pablo Guarise | Belçika | 0:25:53

 

Münsiflərin Əsaslandırması:


Nəğmlər filmi Brüsselin şimalındakı bir kafedə yaranan atmosferi təsvir edir. Burada mahnılar ruhu sağaldan bir məlhəm rolunu oynayır. İnsanlar, onların ifadələri və düşüncələri kinematoqrafik bir ritmdə birləşərək dərin duyğuları üzə çıxarır və musiqinin daxili yaralara və kədərlərə şəfa verən bir vasitə olduğunu göstərir. Paylaşılan mahnılar ifadə, birgə sevinmək və həyatı mənalı yaşamaq üçün bir yol olmaqla yanaşı, bu rəngarəng icmanın ruhlarını birləşdirən güclü bir bağ yaradır.

DokuMuse münsiflərinə — Katerina Tarbo-Ignatenko, Basilio Maritano Sailer və Cavad Tağızadəyə — əməkləri, dəyərli fikirləri və səyləri üçün dərin təşəkkürümüzü bildiririk.

Subscribe to Our Newsletter

Thanks for submitting!

© 2017-2025 by DokuBaku IDFF 

bottom of page