DokuBaku_Loqo_Black.png

Film

Bacılar

Rejissor

Michał Hytroś

Kateqoriya X

Ölkə

Polşa

Uzunluq

19:16

Haqqında

Polşadakı ən qədim qapalı monastrın - Krakov yaxınlığında Stanyatkidəki Benediktin monastrının XVIII əsrdən qalma divarlarının arxasında 70-li yaşlarında olan on iki rahibənin həyatı davam edir. Yaşlarına və sürətlə dəyişən dünyalarına baxmayaraq, hər gün on əsr əvvəl qoyulmuş ‘ORA et LABORA’ (latınca “Dua et və Çalış”) qaydasına riayət etməyə çalışırlar. Baş qəhrəmanlarımız – 40 ildir ki, monastrda olan rahibələr Anunsyata və Benedikta bizi divarın arxasındakı həyatla tanış edir, bizə həyatlarını və qərarlarını özünəməxsus şəkildə izah edirlər. Monastr dünyasını əsl rənglərdə, stereotiplər olmadan, eyni zamanda, təsiredici və əyləncəli şəkildə göstərirlər. Bu film yüksək səslə söylənilən səssizlik haqqında filmdir.