II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixlərində Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

Dost Festivallar

CINEMA Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı (BBQFF) əvvəlki illərdə START BQFF adı ilə fəaliyyət göstərib. Bakı BQFF 10 il ərzində Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin də nümayiş olunduğu məkana çevrilib. Festivalın mükafatı olan QIZIL NAR uğrunda hər il dünyanın müxtəlif ölkələrindən 1500 dən çox film göndərilir. Onlar arasından ən maraqlıları seçilərək festivalın müsabiqə proqramına daxil edilir. Artıq Bakı Beynəlxalq Qısa Filmlər Festivalı onlarla xarici və yerli rejissor, prodüser, ssenaristin görüş nöqtəsidir. Ötən illərdə dünyanın ən böyük festivallarından olan, Kann, Berlin, Moskva, Doha və s festivallarda mükafat allmış şəxslər bizim festivalda münsiflər heyətinin üzvü kimi çıxış edib. Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların istedadlarını qiymətləndirmək üçün öılkənin tanınmış və peşəkar kino və mədəniyyət xadimlərini də YERLİ MÜSABİQƏ -yə münsif kimi dəvət edirik. Bakı BBQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə birləşdirir.
.png)
İlk dəfə bu il keçiriləcək SEVİL Sənədli Qadın Film Festivalı Azərbaycanda gender məsələlərinə toxunan sənədli filmlərin regionlarda nümayiş etdirilməsinə yönəlib.Əsasən də, regionlarda sənədli film festivalı ənənəsinin olmaması və həm də gender problemlərinin qabarıq formada olması bizim kiçik könüllü komandamızı gender bərabərliyini təbliğ etmək üçün regionlarda film festivalı ideyasına təşviq etdi. Bundan əlavə Sevil komandası olaraq regionlardakı gənclərə videoların çəkilişi, montaj edilməsiylə bağlı təlimlər keçərək gender məsələlərinə yönələn video çarxların hazırlanması və gənclərdən ibarət kiçik icmaların qurulmasını hədəfə almışıq. Məqsədimiz regionlardakı gənclərin bu tip layihələrə çatımlılığına şərait yaratmaq və gender bərabərliyini təbliğ etməkdir