DokuBaku_Loqo_Black.png

Film

Mənim otağım

Rejissor

Maka Qoqaladze

Ölkə

Gürcüstan

Müsabiqədən Kənar- Chaikhana

Uzunluq

35:00

Haqqında

Ailəmin hekayəsini doğulduğum vaxtdan başlayaraq, günümüzə qədər arxiv şəkilləri çərçivəsində danışıram, eyni zamanda, Gürcüstanın da hekayəsini nəql edirəm. Fərqli miqyaslı bu iki hekayə eyni məntiqlə inkişaf edir, çünki ölkə tarixi mənim şəxsi tariximi müəyyənləşdirib. Sovet İttifaqının dağılması həyat tərzinin dağılmasına səbəb oldu. Bu dəyişikliklərdən qəzəblənən nənəm və babam tezliklə vəfat etdilər. Yeni bir həyat yaşamaq istəyən valideynlərim, nəsillərinin əksəriyyəti kimi evdə keçmişlə əlaqəli hər şeyi yox etməyə başladılar – müstəqil Gürcüstanda yeni bir həyat qurmağa can ataraq, küçələrdə, binalarda, kitablarda, danışıq və düşüncələrində Sovet izlərini itirdiklərini deyirdilər. Yeni bir şəxsiyyət
axtararkən ən cəlbedici fikirlərin milliyyətçilik, mentalitet və dinə əsaslanan fikirlər olduğu ortaya çıxdı. 1999-cu ildə Gürcüstan Baş naziri Avropa Şurası qarşısında “Mən gürcüyəm və bu səbəbdən də avropalıyam” deyəndə vəziyyət daha da mürəkkəbləşdi. Bu keçid prosesi hələ də ölkədə, ailələrimizdə və
düşüncəmizdə müşahidə olunur.Və mən də çaşqın və parçalanmış bir halda bütün bu təcrübələri həyata keçirməyə və öz yolumu
tapmağa çalışıram.