top of page
DokuBaku_Loqo_Black.png

Jüri

No Main Competition
Reza Siami.jpg

REZA SIAMI

Reza Siami iranlı bədii və sənədli film rejissorudur. Onun filmoqrafiyasına beş bədii film, iki teleserial və 50-yə yaxın sənədli film daxildir. O, İstanbul İpək Yolu Film Festivalı, İran Gənc Kino Film Festivalı, Yarad Tələbə Filmləri Festivalı və Antakya Beynəlxalq Film Festivalı da daxil olmaqla İran və Beynəlxalq Film Festivallarının münsiflər heyətinin üzvü olub.  İran Türk Filmləri həftələrinin qurucusu və Ərdəbil Sənədli Evinin rəhbəridir. Rza həm də kinematoqrafiyadan dərs deyir.

İSMAYIL İMAN

İsmayıl İman azərbaycanlı yazıçı, dramaturq və rejissordur. O, on altı pyesin müəllifidir, onun filmoqrafiyası doqquz filmdən ibarətdir, onların da əksəriyyətinin müəllifi özüdür. Əsərləri müxtəlif ölkələrdə çap olunan on bir ədəbi jurnalda yer alıb. İsmayıl bir çox senari müsabiqələrinin qalibi olub, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilən müxtəlif müsabiqələrdə, beynəlxalq teatr festivallarında ekspert və münsiflər heyətinin üzvü kimi çıxış edib. İsmayıl Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 

Ismail Imanov.jpg
Kirstine Barfod.jpg

KİRSTİN BARFOD

Kirstin Barfod “EMMY” mükafatına layiq görülmüş prodüserdir.  O, eyni zamanda “Peabody” mükafatı olan “İstehsalda Üstün Nailiyyətə görə Cinema Eye” mükafatına layiq görülüb. O, Oskar mükafatına namizəd olan rejissor Feras Fəyyadın (“Hələbdə son adamlar” filmi ilə) rejissorluğu ilə çəkilmiş “Mağara” filmi ilə ən yaxşı  prodüser üçün Akademiya Mükafatına namizəddir. “Yenidən Birləşmə”,  “İbrahim” , “V- nin Sehirli Həyatı” daxil olmaqla, onlarla bədii və sənədli serialın prodüseri və so-prodüseri olub. 2019-cu ildən Kino Sənəti və Elmləri Akademiyasının üzvüdür.

BOGDAN MUREŞANU 

Boqdan Mureşanu 1974-cü ildə anadan olub, rumın yazıçı və rejissordur. Senari müəllifi kimi o, 2013-cü ildə premyerası baş tutmuş “İnsan məşəli” ilə 2008 HBO TIFF senari müsabiqəsində “Ən yaxşı qısametrajlı film” mükafatını qazanıb. 2012-ci ildə çəkdiyi qısa filmin həm senari müəllifi,  həm də prodüseri olub. 2016-cı ildə onun qısametrajlı bədii filmi “Negruzzi 14” Buxarestdəki Milli Müasir İncəsənət Muzeyində nümayiş etdirilib. 2018-ci ildə qısametrajlı “Milad hədiyyəsi” filmi altı aydan az müddətdə ən azı on mükafat qazanaraq dünyanı gəzib.

Bogdan Mureşanu.jpg
Rufat Hasanov.jpg

RÜFƏT HƏSƏNOV

Rüfət Həsənov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiridir. Rüfət ABŞ-ın Leviston şəhərindəki Bates Kollecində Teatr üzrə İncəsənət Bakalavrını və Moskvadakı HCFDS-də Kino və Televiziya Rejissorluğu üzrə Aspirantura dərəcəsini bitirdikdən sonra əvvəlcə bir sıra beynəlxalq aləmdə məşhur olan layihələrdə montajçı vəzifəsində çalışıb. O, 2020-ci ildə Mədəniyyət Nazirliyində işə başlamazdan əvvəl Bakıda fəaliyyət göstərən “Debüt” Film Studiyasının baş direktoru olub. “Filming Azerbaijan” və Azərbaycan Film Komissiyasının, o cümlədən ARKA – Azərbaycan Respublikasının Kino Agentliyinin  yaradılması kimi təşəbbüslərdə iştirak edib.

Reza
Ismayil
Kirstine
Bogdan
Rufat
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Instagram Icon
bottom of page