DokuBaku_Loqo_Black.png

Film

Salam, Süni İntellekt

Rejissor

Isa Willinger

Ölkə

Almaniya

Ən yaxşı Uzunmetrajlı Sənədli Film

Uzunluq

87:00

Haqqında

İnsanabənzər robotlar sanki planetimizin ən yeni canlılarıdırlar. Onlar qəbul masalarında, ticarət mərkəzlərində, mətbəxlərdə işləyirlər. Və onlar bizim şəxsi həyatımıza daxil olurlar. “Süni İntellektlə ünsiyyətdə gərək cümlələrini qısa və konkret edəsən.”Çak bu məsləhəti öz yeni robot partnyoru Harmonini zavoddan götürərkən alır. Birlikdə onlar Kaliforniyada yol səyahətinə çıxırlar. Zaman keçdikcə məlum olur ki, bu seks robotu Harmoni, kitabları sevir, və bədahətən Rey Kurzveil-dən sitat gətirə bilir. Tokyoda Sakurai nənə sevimli robot Pepper ilə tanış edilir. Bu, anasının həmsöhbəti olsun deyə, oğlunun ona etdiyi hədiyyədir. Amma tezliklə məlum olur ki, Pepper xeyli kaprizlidir və yaşlı nənənin söhbətləri onun ürəyini sıxır.Harmoni və Çakın sevgi axtardığı, Pepper və nənənin isə vaxt öldürdüyü bu zamanda, vacib suallar ortaya çıxır: Robotlar və süni intellekt bizim həyatımızı necə dəyişəcəklər? Biz nəyiqazanıb, nəyi itirəcəyik? Və gələcək dünyamızın əsas oyunçuları kim olacaq? Bu film gələcəyindünyasını bizə bugünümüzdə göstərir.