top of page
DokuBaku_Loqo_Black.png

RE≈MC2VOLUTiON/OFF

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 6-cı buraxılışında iştirak üçün ərizələrin qəbuluna başlanıldığını elan edir. Builki buraxılışın əsas mövzusu RE≈MC2VOLUTiON/OFF-dır (Təkamülə qarşı inqilab).

 

Festival 21-25 sentyabr 2022-ci il tarixində Bakıda keçiriləcək.

Bəşəriyyət artıq təkamülə arxalanmır. Bu gün insanları, növlərin təbii inkişafını tarazlaşdıran elm daha çox maraqlandırır. Yaşamın sürəti günü-gündən çoxaldığından onu yavaşlatmaq artıq qeyri-mümkündür. Bu gün yer üzündə mövcud olma artıq səbirsizliklə şərtlənir, belə ki, tələskənlik, təcililik və cəldlik bizim reallığımıza çevrilir.

Müasir cəmiyyətin digər problemi isə enerji çatışmazlığıdır. Gündəlik hadisələr burulğanında insanlar daxili mənəvi güclərinin çatışmazlığını doldurmaq üçün getdikcə daha az qaynaq əldə edirlər. Yuxu və həblər isə artıq xilas edə bilmir. Kimsə cismini və ruhunu qüvvətləndirmək üçün təbiət və meditasiyanın köməyinə müraciət edir. Lakin insanlıq zaman və resurslara münasibətini yenidən nəzərdən keçirməzsə, hamımız növbəti şəfəqə gecikə bilərik.

Bütün kinematoqrafçıları, aşağıdakı nominasiyalar üzrə təqdim olunacaq əsas müsabiqədə iştirak etmək üçün inqilaba və təkamülə qarşı durmaqla bağlı ideyalarını bölüşməyə dəvət edirik:

- Ən Yaxşı Tammetrajlı Sənədli Film,

- Ən Yaxşı Qısametrajlı Sənədli Film,

- Ən Yaxşı Yerli Sənədli Film,

- Uşaqlar Üçün Ən Yaxşı Sənədli Film (DokuKids).

Erkən ərizə müraciətinin tarixi – 13 may

Aralıq ərizə müraciətinin tarixi – 13 iyun 

Ərizə müraciətinin son tarixi – 12 iyul 

Seçilən filmlər 02 avqust 2022-ci il tarixində elan ediləcək.

Festivalın əsas proqramına – No Main Competition - daxil edilməyən filmlərə gəlincə, bu il onlar #NewEYE (Yeni Baxış) mövzusuna həsr olunmalı, insanların dünyagörüşünə təsir edən mühüm dünya hadisələri və tendensiyalarından sonra insanın yenilənməsi axtarışlarını əks etdirməlidir.

Həmçinin, festival çərçivəsində DokuUA Ukrayna Kinematoqraflarının Sənədli Filmlərinin Retrospektivi nümayiş olunacaqdır.

Festivalın əsas mükafatı bütün nominasiyalarda qaliblərə təqdim edilən iHuman, həmçinin kinematoqrafiyada xüsusi nailiyyətlərə görə verilən xüsusi iCyborg mükafatıdır. Əsas müsabiqədən kənar – No Main Competition – filmlər NewEYE mükafatına layiq görüləcəkdir.

Festivala ərizə müraciəti https://filmfreeway.com/DBIDFF platformasında həyata keçirilir.

  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Instagram Icon
bottom of page