Film
Tunel
Rejissor
Nino Orjonikidze, Vano Arsenişvili
Ölkə
Gürcüstan, Almaniya
Ən yaxşı Uzunmetrajlı Sənədli Film
Uzunluq
92:00
Haqqında
Seyrək əhalisi olan dağlıq dərə sirli bir yerdir. Dağlar və meşə ilə hər tərəfdən qorunan ərazi, sanki zamanda donub qalıb: köhnə dəmiryolu platforması, taxta evlər, vəhşi təbiət. Köhnə yerli qatar gündə iki dəfə cınqıldayaraq kənd boyu hərəkət edir – bu, əksər kəndlinin yeganə rabitə vasitəsidir. Amma partlayışların əks-sədaları kəndə gəlib çatanda məlum olur ki, artıq burada vəziyyət birdəfəlik dəyişəcək. Dağda iri bir qara dəlik peyda olub, yeni sakinlərin gəlişindən xəbər verir. Yüzlərlə çinli, ucqar gürcü kəndində məskunlaşaraq, Çinlə Avropanı birləşdirəcək müasir dəmiryolunun tikintisinə başlayırlar.
